Raket hücumuna məruz qalan Azərbaycanın Xarkovdakı Konsulluğu fəaliyyətini bərpa edir

Raket hücumuna məruz qalan Azərbaycanın Xarkovdakı Konsulluğu fəaliyyətini bərpa edir
Siyasət 31

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı konsulluğun binasına zərər dəymişdi:

“Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri Konsulluq Xarkov şəhərində fəaliyyətini bərpa edəcək”.

Son xəbərlər