Quterreş Moskvada Putinlə görüşəcək

22
apr
2022
20:51
Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada BMT-nin baş katibi Antoniu Quterreşi qəbul edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib.
Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib.
Oxşar xəbərlər
Quterreş: “Ukrayna böhranı 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur”
Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur. BAKU.WS "Oxu.az"a istinad...
