Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verilib.
Bildirilib ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.
Qeyd edilib ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.
Dövlətimizin başçısı məktəb binasının təməlini qoyub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...