Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikanın müxtəlif bölgələrindən olan şagirdlər və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olurlar.
Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunan "Mələklərin fəryadı" adlı qobelen sərgisi nümayiş etdirilir. Bu sərgi martın 29-dan etibarən açılıb.
Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən dörd dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.
Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1.2 milyondan çox ziyarətçi qəbul edib. Bu ziyarətçilərin 200 minə yaxını əcnəbilərdir.
Qalereya
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...