Qorxu və dəhşət dolu anlar: Attraksionu dayandırmaq mümkün olmadı - VİDEO

Qorxu və dəhşət dolu anlar: Attraksionu dayandırmaq mümkün olmadı - VİDEO
Video
Siyasət 675

ABŞ-ın Miçiqan ştatında həyəcan dolu anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, ştatın Traverse şəhərindəki əyləncə mərkəzlərindən birində “Adrenalin” attraksionunun fəaliyyətində qəfildən nasazlıq yaranıb.

Ətrafdakı insanlar tərəfindən lentə alınan dəhşətli kadrlar sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, attraksionu dayandırmaq mümkün olmayıb. Bu həm attraksiondakı, həm də ətrafdakı insanlarda qorxu dolu anlar yaradıb.

Həmin vaxt qurğuda 10 nəfər olub. Normal iş fəaliyyəti pozulan qurğu ətrafda dağıntılara səbəb olub. Həyəcanlanan bəzi sakinlər qurğunu dayandıra bilmək üçün attraksiona müdaxilə edib onu saxlamağa çalışıblar.

Uzun cəhdlərdən sonra qurğu dayandırılıb. İnsanlar xəsarət almadan əyləncə mərkəzindən uzaqlaşdırılıb.

Son xəbərlər