QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.
BAKU.WS-ə QMİ-dən verilən məlumata əsasən, Allahşükür Paşazadə səfirlə görüşdə Prezident İlham Əliyevin Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib.
Səfir Müctəba Dəmirçilu ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
Oxşar xəbərlər
Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur"
"Dini mövzuların peşəkar və məsuliyyətli təqdimatı informasiya qurumlarının əsas vəzifələrindəndir". BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrin...