Qlobal Bakı Forumunda rəqəmsal gələcək müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
XIII Qlobal Bakı Forumu çərçivəsində "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel müzakirəsi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, iştirakçılar süni intellektin inkişafı ilə bağlı potensial təhlükə və çağırışları müzakirə ediblər.
Müzakirə zamanı Finlandiyanın sabiq Baş naziri Mari Kiviniemi vurğulayıb ki, insanların süni intellektə etibar edə bilməsi üçün cəmiyyət onun inkişafını tənzimləməyi və idarə etməyi öyrənməlidir.
"Ötən ilin dekabrında ABŞ-də keçirilən sorğuya əsasən, amerikalıların 77 %-i süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyindən narahat olduqlarını, 68 %-i isə hər bir hərəkəti yoxlamadan onların yerinə qərar qəbul etməyi ona etibar etməyəcəklərini bildiriblər", - o qeyd edib.
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb...