Qırmızı xalıda yeriyən bloger özünü "qan"a buladı - VİDEO
Bu il Fransada keçirilən 76-cı Kann Film Festivalında hər kəsi təəccübləndirən hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Ukrayna bayrağının rənglərində libas geyinən bloger İlona Çernobay qırmızı xalıda yeriyərkən üzərinə qırmızı boya töküb.
O, bununla öz ölkəsinə dəstək olmağa çalışıb. Bunu mötəbər festivalın qonaqları və jurnalistlərin gözü önündə edən bloger daha sonra mühafizəçilər tərəfindən festivaldan çıxarılıb.
Blogerin bu görüntüləri dünya mediasında sürətlə yayılaraq müzakirələrə səbəb olub.
Yaşanan hadisə bir sıra məşhur xəbər portallarında oxuculara, "Ukraynalı bloger provokasiya etdiyi üçün qırmızı xalıdan uzaqlaşdırıldı", - kimi başlıqlarla təqdim edilib.
BAKU.WS blogerin sözügedən görüntülərini təqdim edir:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...