Qırışlarını tənqid edənlərə cavab verdi: "Bunu ört-basdır etmək ağlıma gəlmir" - FOTO

Qırışlarını tənqid edənlərə cavab verdi: Bunu ört-basdır etmək ağlıma gəlmir - FOTO
Foto
Siyasət 8229

Oskar mükafatlı aktrisa Keyt Uinslet son müsahibəsində üzündəki qırışları tənqid edənlərə cavab verib.

BAKU.WS xəbər verir ki, 48 yaşlı ulduz üzündəki xətlərə müdaxilə etməyi niyə rədd etdiyini izah edib.

Bu barədə "Harper's Bazaar" jurnalına müsahibə verən Uinslet simasındakı qırışılar üçün nəsə etməyi düşünmədiyini bildirib:

"Düşünürəm ki, insanlar "bu qırışlarına bir şey etməlisən" deməməlidirlər. Hər ötən il özümü daha rahat hiss edirəm. Bu, mənə başqalarının fikirlərinə əhəmiyyət verməmyə kömək edir. Bununla fəxr edirəm, çünki simam mənim həyatımdır və dəyərlidir.

Bunu ört-basdır etmək ağlıma da gəlmir. Qadınların özlərini olduğu kimi qəbul etməyi və mühakimə olunmaqdan imtina etdiyini görmək mənə rahatlıq verir".

Son xəbərlər