Qırğızıstanlı nazir: "Noyabrın 13-də Azərbaycanla yüksəksəviyyəli görüş planlaşdırmışıq"
"İqlim dəyişikliyi kimi qlobal problemlərin müzakirə edildiyi belə irimiqyaslı tədbirə qardaş Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğumuzu bildiririk".
BAKU.WS xəbər verir ki, bunu Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Oxu.az-a açıqlamasında Qırğızıstanın ekologiya, təbii sərvətlər və texniki nəzarət naziri Meder Maşiyev bəyan edib.
"Biz Bakıya COP29-da iştirak etmək üçün gəlmişik. Bu gün bütün dünyadan insanlar bura toplaşıblar. Bizim də Qırğızıstan Respublikası kimi burada pavilyonumuz var", - deyə nazir bildirib.
O, Azərbaycanla Qırğızıstanın qardaş ölkə olduğunu vurğulayıb.
"Biz qardaş dövlətlə bir sıra beynəlxalq təşkilatlarda üzvük. Onlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Xatırladım ki, Bişkek şəhərində keçirilən TDT-nin 11-ci sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və təşkilatın inkişafını müzakirə edib", - deyə qurum rəhbəri əlavə edib.
Qırğızıstanlı nazir Azərbaycanla qarşıda gözlənilən əməkdaşlıqlardan da söz açıb.
"Biz Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə təxminən bir ay əvvəl əməkdaşlıq barədə müqavilə imzalamışıq. Bu saziş çərçivəsində iqlim dəyişikliyi sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik. Məsələn, bununla əlaqədar noyabrın 13-də Azərbaycanla yüksəksəviyyəli görüş planlaşdırmışıq", - deyə Meder Maşiyev qeyd edib.
Oxşar xəbərlər
COP29: UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış edib
UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti" adlı birgə tədbir...