Qəzzada Rusiya vətəndaşlığı olan 9 İsrail əsgəri həlak olub

Qəzzada Rusiya vətəndaşlığı olan 9 İsrail əsgəri həlak olub
Siyasət 6

Münaqişə başlayandan bəri Qəzzada Rusiya vətəndaşlığı olan 9 SAXAL əsgəri həlak olub.

Fələstin-İsrail münaqişəsinin son gərginliyi zamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) səfərbər edilmiş əsgərləri arasında Rusiya vətəndaşlığı olan 9 nəfər də var.

Bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

“Bu, doğrudur, söhbət SAXAL sıralarında Rusiya vətəndaşı olan doqquz əsgərdən gedir”, - deyə diplomatik korpus təsdiqləyib.

Diplomatlar həmçinin aydınlaşdırıblar ki, SAXAL sıralarında çoxlu ikili vətəndaşlığı olan ruslar var.

Qeyd edək ki, ötən gün SAXAL hava hücumundan müdafiə üçün əlavə olaraq ehtiyat qüvvələrini çağırması barədə qərar qəbul edib.

2024-cü ilin fevral ayının sonuna olan məlumata görə, İsrail Qəzza zolağında quru əməliyyatı zamanı 240 əsgərini itirib. Bu rəqəmlər İsrail Müdafiə Qüvvələrinin (IDF) saytında dərc olunub.

Son xəbərlər