Qəzzada atəşkəs əldə olundu

14
noy
2019
10:52
Misirin vasitəçiliyi ilə İsraillə Fələstin arasında atəşkəs əldə olunub.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Cihad Hərəkatının sözçüsü Musab əl-Bureym məlumat verib.Onun sözlərinə görə, atəşkəs yerli 05:00-da qüvvəyə minib.O, atəşkəsin İslam Cihadının önə sürdüyü şərtlər daxilində əldə olunduğunu bildirib.Qeyd edək ki, İslam Cihad Hərəkatının Baş katibi Ziyad en-Nahhale daha öncə verdiyi açıqlamada atəşkəsin təmin edilməsi üçün sui-qəsdlərin dayandırılması, Qəzza sərhədində Böyük Qayıdış Yürüşünə qatılanların hədəfə alınmaması və Qəzzaya tətbniq edilən blokadanın qaldırılması şərtlərini irəli sürmüşdü.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyət...
