Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatıb

03
dek
2023
22:53
Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 15 523 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Eyni zamanda 41 316 şəxs müxtəlif xəsarətlər alıb.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib.
Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.
Oxşar xəbərlər
Qəzza zolağında ölənlərin sayı 12 mini keçib
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 12 mindən çox insan həlak olub. "Report"un məlumatına görə, bu barədə "Aljazee...
