Qəzza zolağında elektrik stansiyasının yanacağı 10-12 saata bitə bilər
Qəzza zolağında yeganə elektrik stansiyası yanacaq ehtiyatlarının tükənməsi səbəbindən 10-12 saat ərzində fəaliyyətini dayandıra bilər.
BAKU.WS xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, onun 300 min litr yanacağı qalıb ki, bu da cəmi 10-12 saata kifayət edir.
Fələstinin səhiyyə naziri May Kaile, öz növbəsində, "Qəzza zolağındakı tibb müəssisələrində yanacaq ehtiyatlarının cümə axşamı (12 oktyabr) tükənəcəyi" xəbərdarlığını edib ki, bu da elektrik kəsilməsindən sonra fəlakətli vəziyyəti daha da pisləşdirəcək.
Qeyd edək ki, Qəzza zolağına enerjisi və yanacağın verilməsi oktyabrın 8-də dayandırılıb. Bazar ertəsi İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və su təchizatı dayandırılıb.
tass.ru
Oxşar xəbərlər
İsrail-HƏMAS qarşıdurmasında 4-cü gün: Dəqiqə-dəqiqə son yeniliklər - FOTO
İsrail-Həmas qarşıdurmasının 4-cü günündə itkilər artır. İsrailin Qəzzaya qarşı "tam blokada" elanından sonra bölgəyə su, elektrik və yanacaq axını kəsilib. Dig...