Qəzza ilə bağlı danışıqların növbəti raundu Qahirədə keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların növbəti raundu baş tutacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-dən olan vasitəçilər Dohada keçirilən məsləhətləşmələrin yekunu üzrə dərc olunmuş birgə kommünikedə bildiriblər.
“Yüksək vəzifəli hökumət nümayəndələrimiz bu gün müzakirə olunan məsələlərlə bağlı razılığa gəlmək məqsədilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”, - Misir Prezidentinin sözçüsü Əhməd Fəhminin “Facebook”da paylaşdığı sənəddə bildirilib.
Vasitəçilər əlavə ediblər ki, texniki qruplar yaxın bir neçə gün ərzində sazişin əsas prinsiplərinin həyata keçirilməsi, o cümlədən Qəzzada humanitar vəziyyət və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı mexanizmlər hazırlamağa davam edəcəklər.
Oxşar xəbərlər
İsrailli girovların ailələri Netanyahuya etiraz ediblər - VİDEO
Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların ailələri İsrailin baş naziri Binyamin Netanyahunun parlamentdə çıxışı zamanı Qəzza zolağında...