Qəzada həlak olan hərbçilərimizə şəhid statusu veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhidlik statusu veriləcək.
Bu barədə Report-un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
O qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək.
Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...