Qeyri-qanuni immiqrantlar ot bağlamaları arasında yaxalanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qeyri-qanuni immiqrantlar ot bağlamaları arasında yaxalanıb.
BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Eceabat bölgəsində keçirilən qeyri-qanuni immiqrasiya əməliyyatı zamanı qeydə alınıb.
Nəticədə 7-si qadın, 9-u kişi, 5-i oğlan, 5-i qız, 26-sı Əfqanıstan və 1-i İran vətəndaşı olmaqla, ümumilikdə 27 qeyri-qanuni mühacir yük maşınında ot bağlamaları arasında gizlədilmiş halda yaxalanıb.
Qeyri-qanuni mühacirlər jandarma əməliyyatlarından sonra Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim ediləcək. Təşkilatçıların isə jandarma ilə hüquqi prosesi davam edir.
Qalereya
Oxşar xəbərlər
Çanaqqalada yenidən meşə yanğını başladı - FOTO
Türkiyədə, Çanaqqalanın Ayvacık rayonunda Nusratlı Rampaları meşə massivində yanğın baş verib. BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, yanğın küləyi...