Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi "Andonyanın sənədləri" saxtadır

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sani Hacıyev olub.
O, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı məkrli siyasətinin tarixi köklərindən söhbət açıb.
S.Hacıyev deyib ki, 1915-ci ildə silahlı erməni terror təşkilatları, ayrı-ayrı erməni silahlı dəstələri Osmanlı ərazisində kütləvi qırğınlar törədib, yaşadıqları ölkəyə böyük xəyanət ediblər. Belə olan halda daxili işlər naziri Tələt Paşa Osmanlı ərazisində təşkilatlanan silahlı erməni terror təşkilatının üzvlərini həbs edib. Ardınca isə yerli müsəlman əhaliyə qarşı düşmənçilik mövqeyi tutan erməni vətəndaşların ölkənin bir ərazisindən digər ərazisinə köçü təşkil edilib. Burada da yeganə səbəb ümumən ölkənin təhlükəsizliyini təmin etmək, qırğınların qarşısını almaq olub.
Lakin ermənilər "Andonyanın sənədləri" adlı saxtakarlığa, uydurmaya istinad edərək bildirirlər ki, guya həmin vaxt iki milyona yaxın erməni sakin öldürülüb. Bu, cəfəngiyyatdır, heç bir elmi, rəsmi sübutu, təsdiqi yoxdur. Lakin buna baxmayaraq, indiyə qədər bu saxta tarixdən, uydurmadan Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Suqovuşanda məscid istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər. BAKU....
