Qərbi Azərbaycan Xronikası: Ermənilər Birinci Qayaxaraba kəndini xarabalığa çevirib

Qərbi Azərbaycan Xronikası: Ermənilər Birinci Qayaxaraba kəndini xarabalığa çevirib
Video
Siyasət 46

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Türk Qılıncyatağının Suser olma sirri" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Birinci Qayaxaraba, Birinci Qılıcyataq və Bitlicə toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda ta qədimdən yaşayan türklərin tarixi-etnik torpaqlarından didərgin salınması, qırğınlara məruz qoyularaq deportasiya edilməsindən sonra həmin ərazilərə ermənilərin məskunlaşdırılması Qafqaz bölgəsində siyasi, coğrafi vəziyyəti dəyişdirməklə yanaşı, millətlərarası münasibətlərin gərginləşməsinə, eləcə də toponimlərin dəyişdirilməsinə yol açıb.

Birinci Qayaxaraba - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayon ərazisində kənd olub. 1918-ci ildə azərbaycanlılar deportasiya olunduqdan sonra kənd xarabalığa çevrilib.

Birinci Qılıcyataq - Talın mahalının Talin rayonunda kənd adıdır. Kəndin digər adı "Türk Qılıncyatağı" və "Qılıncyataq türk" olub. Toponim 1946-cı ildə adı dəyişdirilib Suser qoyulub.

Daha ətraflı linkdə:

Son xəbərlər