Qərbi Azərbaycan Xronikası: Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bu gün Qarabağ erməniləri kimi tanınanlar erməniləşdirilmiş albanlardır" adlı veriliş efirə gedib.
Verilişdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili XIX əsrdə Qafqaza gələn ermənilərin boş kilsələrin hamısını erməniləşdirməsindən söz açıb.
O bildirib ki, ermənilər Qafqazda 200 ildən çox yaşayıblar və müasir kilsələr tiksələr də, alban kilsəsinin üstündə elementləri dəyişdirib, erməni kilsəsinə çeviriblər. Ermənilərin böyük xaçkar fırıldağının üstü açılıb.
Onun sözlərinə görə, bütün dini qurultaylarda Alban kilsəsinin patriarxı iştirak edirdi: "XIX əsrdə Qafqaza gələn ermənilər boş kilsələrin hamısını erməniləşdirdilər. 1836-cı ildə Qədim Alban irsi erməni kilsəsinin tabeliyinə verildi. Bu gün Qarabağ erməniləri kimi tanınan şəxslər erməniləşdirilmiş albanlardır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Leyla Əliyevadan bacısı ilə bağlı paylaşım
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bacısı Arzu Əliyevanı sosial şəbəkə vasitəsilə təbrik edib....