Qərbi Azərbaycan Xronikası: Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?" adlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı toponimi, oronimi, oykonimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, ermənilər tarix boyu Qərbi Azərbaycan ərazisindəki oğuz türklərinin mədəni irsini adlarına çıxmaqla özlərinə saxta keçmiş düzəldib, qədim tarixə malik olmalarını göstərməyə çalışıblar.
Sonda vurğulanır ki, Qərbi Azərbaycandakı irsimizin erməniləşdirilməsi adı çəkilən toponimlərin taleyindən bəlli olur: "Təbii ki, bu saxtalaşdırma ermənilərin özlərini aldatmaqdan başqa bir əməl deyil. Çünki bu toponimlərin bütün tarixi mənbələrdə Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumat, dəlil və sübutlar var".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Qusar rayonunda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə ta...