Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıları çıxarıb, kurort şəhəri saldılar

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıları çıxarıb, kurort şəhəri saldılar
Video
Siyasət 58

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatı ilə "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "İstisuda qadınlar yığışıb, "parçakəsdi" mərasimi qururdular" adlı buraxılışda Dərələyəz mahalının Paşalı rayonunun İstusu kəndinin tarixi, adət-ənənələri, mətbəxi və irsi araşdırılıb.

Bildirilir ki, Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində yerləşən İstisu kəndi Arpaçayının (Araz hövzəsi) yuxarı axınında, 2 100 metr yüksəklikdə yerləşir. Ehtimallardan birinə görə, etimologiyası burada çarmıx qalasının yerləşməsi ilə bağlıdır. 1873-cü ilin siyahıya alınmasına əsasən, burada 19 evdə 56 kişi, 58 qadın olmaqla cəmi 114 azərbaycanlı yaşayıb.

Kənd 1863-cü ildə salınıb və sonradan İstisunun adını dəyişdirib Cermuk qoyublar. İstusuda yaşayan azərbaycanlılara qarşı cinayətlər törədilib, amansızlıqlar olub. Azərbaycanlıları çıxararaq, erməniləri yerləşdirib, kurort şəhəri salıblar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər