Qərbi Azərbaycan Xronikası: Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyanın fikirlərindən bəhs olunur.
Onun sözlərinə görə, azərbaycanlılar mərhələli şəkildə Ermənistana (Qərbi Azərbaycan) qayıdacaq.
"Hər şey Prezident İlham Əliyevin dediyi kimi olacaq. Yəni onlar tanklarla deyil, maşınlarla İrəvana gələcəklər. Bununla bağlı hüquqi baza hazırlanır. Ermənistan Konstitusiyasında milli azlıqların da parlamentdə təmsil olunması nəzərdə tutulur ki, bu da azərbaycanlıların qanunverici orqana seçilməsi deməkdir", - Zohrabyan deyib.
O azərbaycanlıların qayıdışı ilə bağlı reallıqları Nikol Paşinyan hakimiyyətini ittiham etmək üçün dilə gətirsə də, beynəlxalq hüquq Qərbi Azərbaycana qayıdışı Ermənistan hakimiyyəti qarşısında tələb kimi irəli sürür. Qərbi Azərbaycana qayıdış hüququ artıq beynəlxalq müstəviyə çıxarılıb və ciddi dəstək əldə olunub. Baş nazir Nikol Paşinyanın Qərbi Azərbaycanla bağlı Bakıya "yol xəritəsi"nin hazırlanması təklifindən sonra İrəvanda belə müzakirələr daha da genişlənib.
Sonda vurğulanır ki, İrəvanda azərbaycanlıların geri dönəcəyinin real olduğunu anlayırlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...