Qərbi Azərbaycan Xronikası: Aşağı Axtala, Aşağı Bədili, Aşağı Qanlıca - Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Əhalisi qovulub, erməni və yunanların yerləşdirildiyi kənd" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Axtala, Aşağı Bədili və Aşağı Qanlıca toponimi haqqında söz açılıb.
Bildirilib ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı həyata keçirdiyi uzunmüddətli düşmənçilik siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb və Azərbaycan türklərinin dədə-baba yurdları zaman-zaman erməni vandalizminin qurbanı olub.
Aşağı Axtala - Loru mahalının Allahverdi, sonralar Tumanyan adlandırılan rayonda kənd adıdır. Bura tarixən azərbaycanlıların yaşayış məntəqəsi olub. 1770-ci ildə mis mədənlərini işlətmək üçün buraya yunanlar köçürülüblər. 1918-ci ildə kənddən qovulan azərbaycanlıların bir hissəsi 1920-ci ildə doğma yurda qayıdıb. Kəndi ləğv etmək məqsədilə Axtala şəhər tipli qəsəbəsi ilə birləşdirilib. Azərbaycanlılar 1948-ci ildə yenidən köçürülüblər.
Aşağı Bədili - Talın mahalının Talın rayonu ərazisində kənd olub. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzü nəticəsində deportasiya olunublar, kənd xarabalığa çevrilərək 1920-ci ildə ləğv edilib.
Aşağı Qanlıca - Şörəyel mahalının Düzkənd, sonralar Axuryan rayonunda kənd adıdır. 1937-ci ilə kimi Gümrü/Leninakan rayonunun tabeliyində olub. Ermənilər buraya 1828-1829-cu illərdə Türkiyədən köçürülüblər. 1946-cı ildə kəndin adı dəyişdirilib Vahramabad qoyulub.
Sonda vurğulanıb ki, indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən bu qədim türk-oğuz yurdlarının adı dəyişdirilib: "Təbii ki, tarixi reallığın unudulmaması naminə bu ərazidə qədim zamanlardan dövrümüzədək yaşayıb məskən salan insanların, Qərbi azərbaycanlıların doğma yurda qayıdış zərurəti yaranır. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırıl...
