Qərbi Azərbaycan Xronikası: 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib

Qərbi Azərbaycan Xronikası: 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib
Video
Siyasət 73

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənilərin 600 il yalanını ifşa edən qədim xəritə və mənbələr" adlı veriliş hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə ermənilərin 600 il yalanını ifşa edən qədim xəritə və mənbələrdən danışıb.

O bildirib ki, 1459-cu il xəritəsində Qafqazdakı yer adları Azərbaycan dilində verilib:

"Orada Ermənistan adı və ya erməni adları yoxdur. Mappomundoda Xəzər dənizinin qərbində olan yer adları hamısı azərbaycanca verilib. 15-ci əsrdə yezuid keşişi Fra Mauro yer adlarını Azərbaycan dilində verib. Türk sərkərdəsi Əmir Teymurun sarayında olan ispan səfirinin Qafqaz qeydlərində Azərbaycan adları çəkilir. Əmir Teymura həsr olunan "Zəfərnamə"lərdə Azərbaycanın yer adları qeyd olunub.

Onun sözlərinə görə, Zəngəzur haqqında yazan 15-ci əsr səyyahı azərbaycanlıların adətlərindən, yaşamından yazıb:

"Erməniyyə ifadəsi ilə Ermənistan sözünü eyniləşdirmək olmaz. Roma coğrafi nomenklaturasında işlənən Armeniyanın ermənilərə aidiyyatı yoxdur. Qərbi Azərbaycan-Şərqi Anadolu ayrılmaz bir coğrafiyanın tərkib hissəsi olub. Polibi e.ə II əsrdə türk adlarını qeyd edib, amma erməni ifadəsi işlətməyib. Qafqazda Armeniya adı qeyd olunan qədim mənbə yoxdur. Erməni tarixini ancaq əfsanələr bilən keşişlər yazıb. Erməni keşişləri tarix bilmirdilər. Erməni keşişləri eşitdikləri nağılları tarix kimi yazıblar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər