Qərbi Azərbaycan İcması Mirzoyanın müavininə cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın xarici işlər nazirinin müavini Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirib. O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar edib”.
BAKU.WS xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alır.
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir.
“Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir”, - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...