Qaziantepdə fabrikdə güclü yanğın başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qaziantep şəhərində sağlamlıq məhsulları istehsal edən fabrikdə yanğın baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgəyə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupu cəlb edilib.
Məlumata görə, yanğından zərər çəkən 10 işçiyə xəstəxanada tibbi yardım göstərilib.
Qeyd olunub ki, sanitar-gigiyena məhsulları, tərkibində gigiyena materialları və uşaq bezləri olan fabrikin anbar hissəsində naməlum səbəbdən yanğın baş verib. Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən yanğınsöndürənlər yanğına müdaxilə etməyə başlayıb. Hazırda yanğının istehsal bölümünə sıçramaması və qarşısının alınması üçün ərazidə böyük yanğınsöndürmə işi həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Hava limanında naməlum uçan obyekt həyəcanı! - Bütün uçuşlar dayandı - FOTO
Türkiyənin Qaziantep şəhərinin hava məkanında naməlum obyektin görünməsi səbəbindən gecə yarısından etibarən Qaziantep Hava Limanından uçuşlar dayandırılıb. BA...