Qazaxıstanın daxili işlər nazirinin müavini Azərbaycana səfərə gəlib
Qazaxıstandaxili işlər nazirinin müavini - Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqların və dövlətlərin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
General-mayor Ansaqan Baltabekov səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, təmsil etdiyi qurumun əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qazaxıstanlı qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb. Verilişdə AMEA Nəsimi adı...