Qazaxıstandakı faciədə ölənlərin sayı artdı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş verən qəza qurbanlarının sayı 28-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***11:02
Qazaxıstanda Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
BAKU.WS kazinform-a istinadən xəbər verir ki, bu barədə müəssisənin sahibi olan “ArcelorMittal Temirtau” (AMT) şirkətinin icraçı direktoru Viktor Qafiulov məlumat verib.
Hazırda mədəndə 23 şaxtaçının axtarışları davam etdirilir.
***09:20
Qazaxıstanda şaxtada ağır qəza olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 16 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə Karaqanda vilayətindəki şaxtada qeydə alınıb.
Partlayışa ilkin səbəb kimi metan qazının partlaması göstərilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb.
Oxşar xəbərlər
Qazaxıstanda matəm elan olundu
Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub. BAKU.WS Qazaxıstan m...