Qazaxıstanda referendum baş tutub

Qazaxıstanda referendum baş tutub
Siyasət 75

Qazaxıstanda referendum baş tutub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yaylb.

Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.

Qeyd edək ki, Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı davam edən referendumda yerli vaxtla saat 07:00-a (Bakı vaxtı ilə saat 05:00) qədər 8 mindən çox seçki məntəqəsi açılıb.

Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılıb.

Son xəbərlər