Qarabağdakı yollara xidmət üçün alınmış maşın və mexanizmlər təqdim edilib -FOTOlar

Qarabağdakı yollara xidmət üçün alınmış maşın və mexanizmlər təqdim edilib -FOTOlar
Foto
Siyasət 128

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturuna xidmət göstərilməsi üçün alınmış maşın və mexanizmlərin təqdimatını keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, təqdimatda yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan texnikalar, inşa edilən avtomobil yollarının müasir səviyyədə​ və keyfiyyətlə yenidən qurulması üçün Agentliyin maşın-mexanizm parkına yeni gətirilmiş xüsusi təyinatlı avadanlıqlarla təchiz olunmuş​ avtomobillər nümayiş olunub.

Qeyd edilib ki, bu il Agentliyin maşın-mexanizm parkına Türkiyə, Rusiya, Yaponiya, Çin, Çexiya, Almaniya, İsveç və yerli şirkətlərin istehsal etdiyi 40 ​adda 360 yeni texnika və avadanlıq alınıb.

Son xəbərlər