Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələrinin" sabiq rəhbərinin həbsi uzadılıb

Qarabağdakı keçmiş separatçı rejimin silahlı qüvvələrinin sabiq rəhbərinin həbsi uzadılıb
Siyasət 61

İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələrinin" sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.

BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.

Bildirilib ki, onun həbsi üç ay uzadılıb.

O, 2022-ci ilin avqustundan həbsdədir və cinayət işi 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.

M.Arzumanyan Qarabağda strateji əhəmiyyətli yüksəkliyin təslim edilməsində və 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunur.

Son xəbərlər