Qarabağdakı keçmiş xunta rejiminin “komandiri” yenidən hakim qarşısına çıxarılacaq

Qarabağdakı keçmiş xunta rejiminin “komandiri” yenidən hakim qarşısına çıxarılacaq
Siyasət 1

Özünü Qarabağdakı keçmiş rejimin “ordu rəhbəri” hesab edən Cəlal Arutyunyana qarşı yenidən cinayət təqibi başladılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl məhkəmə Cəlal Arutyunyana qarşı cinayət təqibini bəraət hökmü əsasında dayandırıb.

Məhkəmə hesab edib ki, C.Arutyunyan 7 oktyabr 2020-ci il əks-hücum barədə əmr verərkən öz səlahiyyətləri çərçivəsində hərəkət edib.

Məhkəmə sözügedən əməliyyatlar nəticəsində itkilərin sayının çox olduğunu etiraf etsə də, qərarın zərurətdən irəli gəldiyini açıqlayıb.

Lakin maraqlıdır ki, bəraət hökmündən qısa müddət sonra Cəlal Arutyunyana qarşı yeni cinayət işi açılıb.

Bu barədə onun vəkili məlumat yayıb.

Vəkil vurğulayıb ki, yeni hüquqi təqib mahiyyət etibarilə əvvəlkini təkrarlayan yeni cinayət işidir.

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4311 Siyasət 09:51 08 may 2023

Son xəbərlər