Qarabağda xidmət edən bu şəxslərin maaşı artırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir”, - o deyib.
Bundan başqa, nazir əlavə edib ki, gələn ilin dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib: “İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmək haqlarının artırılması nəzərdə tutulur. Müdafiə xərclərinin hesablanmasına hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də yer alıb”.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...