Qarabağda Rusiya sülhməramlılarının rəhbəri Muradov kimdir? (DOSYE)
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.
1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonunda, Çinar kəndində anadan olub.
Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.
Onun ailəli olduğu, 2 qız və 2 övlad atası olması məlumdur.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...