Qarabağda erməni vəhşiliyi - Dağıdılan qəbiristanlıqlar, yandırılan evlər, tövləyə çevrilən məscidlər

Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam. Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri məşhur fotoqraf Reza Deqati bildirib.
Reza Deqati qeyd edib ki, Ağdam rayonunun Qiyaslı kəndində XVIII əsrə aid məscid işğalın davam etdiyi üç onillik ərzində inəkləri saxlamaq üçün istifadə olunub.
İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar.
Qalereya
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...
