Qarabağa xərclənən vəsaitin məbləği 4 milyard manatı keçib

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Qarabağda nəhəng layihələrin icrası davam etdirilir", - deyə o, qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.
Bu xərclərin növbəti ildə büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8% təşkil edəcək.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...
