Qarabağa qayıdacaq vətəndaşlar bu işlərdə çalışacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunan ərazilərdə məskunlaşacaq şəxslərin hansı işlərlə təmin olunması maraqla gözlənilir. Qarabağa qayıdacaq vətəndaşlara həm dövlət, həm özəl şirkətlər tərəfindən iş yerləri təklif olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Mahir Abbaszadə İTV-də yayımlanan "Qarabağ gündəliyi" verilişindədanışıb.
"Qayıdacaq insanların işlə təmin olunması ilə bağlı iki məsələ var. Bu şəxslərə dövlət tərəfindən qurulub yaradılacaq iş yerləri və yerli sahibkar tərəfindən iş imkanları təklif olunacaq.
Prezident bir neçə sənayə məhəlləsinin təməlqoyma mərasimində iştirak edib. Bunun içində Ağdam və Cəbrayılda salınacaq sənayə məhəllələrini qeyd etmək olar",-deyə deputat əlavə edib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...