Qarabağa qayıdacaq şəxslərlə bağlı YENİ XƏBƏR - 40 nəfər seçiləcək...
Yeniliklərdən dərhal xəbərdar olun
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir.
Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir.
Layihənin hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...