"Qarabağ"a Erməni komandası deyən türkiyəli idman yazarı ÜZR İSTƏDİ - FOTO
26
avq
2022
12:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün türkiyəli köşə yazarı Gürcan Bilgic "Qarabağ"ı Ermənistan komandası kimi təqdim etmişdi.
BAKU.WS xəbər verir ki, G.Birgic etdiyi səhvə görə Azərbaycan Xalqından üzr istəyib.
O, bildirib ki, yorğun olduğu üçün "Qarabağ" sözünü səhv başa düşüb.
"Əziz bacı və qardaşlarım, qəzəbinizi başa düşürəm. Canınız sağ olsun. Gecə saat 01:30-da günün yorğunluğundan ağlım qarışdı. "Qarabağ", "Qaradağ" deyərkən bir xəta etdim. Qüsuruma baxmayın. Sizləri qırmışamsa üzr istəyirəm. Haqqınızı halal edin" - deyə Bilgic deyib.
Oxşar xəbərlər
İran prezidentinin səhvləri ciddi müzakirə mövzusuna çevrilib - VİDEO
Son aylar İran mediasının və ictimai şəbəkə istifadəçilərinin diqqət mərkəzində olan və müxtəlif cəhətlərdən müzakirə edilən mövzulardan biri də ölkə prezidenti...