Qarabağa böyük köç başlayır: Ağalı kəndinə köçəcək 41 ailə müayinə olundu - VİDEO

Qarabağa böyük köç başlayır: Ağalı kəndinə köçəcək 41 ailə müayinə olundu - VİDEO
Video
Siyasət 152

İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar.

BAKU.WS xəbər verir ki, 30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər.

Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam edəcək. Həm böyüklər, həm də uşaqlar həkim-terapevtlər və pediatrlar tərəfindən müayinə olunduqdan sonra evə buraxılacaqlar. Kiminsə səhhətində problem yaranarsa, o, müalicə olunduqdan sonra doğma yurduna qayıda biləcək.

Daha ətraflı süjetdə:

Son xəbərlər