Qarabağa avtobusla pulsuz bu şəxslər gedə biləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bununla yanaşı müəyyən imtiyazlı şəxslər Qarabağa avtobusa pulsuz bilet ala biləcəklər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib ki, bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.
Qeyd edək ki, imtiyazlı şəxslərə də işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...