Qalib və bütövləşən Azərbaycanın müəllifi - dünyaya İlham Əliyev örnəyi - ŞƏRH

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 63 yaşını qeyd edir. Əvvəlki illər kimi, 2024-cü il də Prezidentin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətinin zirvə ili oldu.
İlham Əliyev titanik, yorulmaz fəaliyyəti ilə ilin ilk günündən xalqın yaddaşında qaldı. Bu ilin ən mühüm hadisəsi, şübhəsiz ki, işğaldan azad edilən torpaqlarda ilk dəfə Prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin ən yüksək səslə qalibiyyət əldə etməsi oldu.
Təsadüfi deyil ki, bu gün İlham Əliyevin təcrübəsi, diplomatiyası, sərkərdəlik qabiliyyəti tək postsovet məkanında deyil, regiondan kənarda da analiz edilir, öyrənilir.
2024-cü il həm də Bakının BMT-nin ən ali tədbirlərindən biri - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə əlamətdar oldu. Azərbaycanın yüksək təşkilatçılıq və peşəkarlıqla keçirdiyi tədbir bu gün də dünya mediasının diqqət mərkəzindədir.
Beləliklə, 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir.
Ümid edək ki, nəhayət, 2025-ci ildə İlham Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə imza atan lider kimi də tarixə düşəcək.
Xalqının qəlbinə əbədi daxil olan lider
Başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri siyasi, ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edirlər.
Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Tarixdə az sayda liderə rast gəlmək olar ki, qısa müddət ərzində öz ərazisində 200 ildir kök salan separatizm və terror bəlasını cəmi 44 gün ərzində dəyişsin.

Prezident İlham Əliyev öz qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi, qeyd etdiyimiz kimi, Qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir. Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.
Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi respublikamızda bu mövzuya konseptual baxışın yaranmasına səbəb olub. Bu gün Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqını mobilizasiya edən əsas faktor kimi özünü göstərir. Bu, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.
Beləliklə, Azərbaycan xalqı yeni dövrün ilk günlərini yaşayır və Prezidentimizin də qeyd etdiyi kimi, yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Və bu gün hər bir vətəndaşımız əmindir ki, onun ümidləri, arzuları həyata keçəcək, yeni dövr də Azərbaycan xalqı üçün çox uğurlu olacaq. Bu əminlik xalqımızın öz gücünə, öz bacarığına inamla yanaşı, öz Liderinə sonsuz etimadından irəli gəlir.
Prezident İlham Əliyevin bütün vədləri həyatda öz əksini tapdığı kimi, yeni dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək! //Report.az
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, CƏNAB PREZİDENT!
Oxşar xəbərlər
İcma rəhbəri: Qərbi Azərbaycana qayıdış ideyası ümummilli hədəfimizdir
İcma rəhbəri Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli hədəf olduğunu bildirib. BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə...
