Qalata qülləsi bu gündən ziyarət üçün açılır - Təmir zamanı 400 qaranquş yuvası qorunub
Türkiyənin İstanbul şəhərində bərpadan sonra şəhərin simvollarından biri olan Qalata qülləsinin açılışı olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Turizm Nazirliyi məlumat yayıb.
Fevral ayından etibarən 67 metrlik qüllədə onun seysmik müqavimətinin gücləndirilməsi, həmçinin səkkizinci mərtəbənin bərpası istiqamətində işlər aparılırdı. Türkiyə Turizm Nazirliyinin məlumatına görə, iş zamanı sayı dörd yüzə çatan qaranquş yuvalarını qorumaq mümkün olub.
“Restavrasiya işlərində peşəkar alpinistlər iştirak ediblər. Qalata qülləsi bu gündən etibarən ziyarətçilərin üzünə açılacaq və saatda maksimum 100 nəfərin daxil olmasına nəzarət ediləcək”, - deyə məlumatda bildirilir.
Qalata qülləsi İstanbulun Avropa hissəsində, Qalata səmtində hündür bir təpədə yerləşir. Hündürlüyü 67 metr, diametri təxminən 9 metrdir. O, 1349-cu ildə genuyalılar tərəfindən tikilib, əvvəlcə "Məsihin Qülləsi" adlandırılıb. Burada əvvəllər 1964-1967-ci illərdə əsaslı təmir işləri aparılmışdır.
Oxşar xəbərlər
Qalata qülləsi təmirə bağlanır - SƏBƏB + FOTO
Türkiyənin məşhur Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərin üzünə bağ...