Qadağan olunmuş məzmun süni intellekt əsaslı avtomatik aşkarlama sistemi ilə bloklanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Qadağan olunmuş məzmunun operativ şəkildə bloklanması məqsədilə süni intellekt (Sİ) əsaslı avtomatik aşkarlama sistemi istifadəyə veriləcək.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.
Sənədə əsasən, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndiriləmsi və qadağan olunmuş məzmunun Sİ vasitəsilə avtomatik aşkar edilməsi sistemləri tətbiq ediləcək. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, aidiyyəti dövlət orqanları (qurumları), Mərkəzi Bank (tövsiyə olunur) ilə birgə 2026-cı il dekabra qədər mövcud normativ hüquqi bazanın qiymətləndirilməsi və zəruri dəyişikliklər edilməsi Vahid informasiya sistemi üçün texniki və funksional tələblərin formalaşdırılması, çevik məlumat mübadiləsi mexanizminin qurulmasını, qadağan olunmuş məzmunun operativ şəkildə bloklanması məqsədilə Sİ əsaslı avtomatik aşkarlama sisteminin istifadəyə verilməsini təmin etməlidir.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...