Putinin iqamətgahına iki PUA ilə hücum olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gecə pilotsuz uçuş aparatları vasitəsilə Kremlin Prezident İqamətgahına hücum cəhdi olub.
BAKU.WS xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Məlumata görə, iki pilotsuz uçuş aparatı Kremlə yönəldilib.
Hərbçilər və xüsusi təyinatlılar tərəfindən radar döyüş sistemlərinin tətbiqi ilə vaxtında görülmüş tədbirlər nəticəsində PUA-lar sıradan çıxarılıb.
Kremldən bildiriblər ki, PUA-ların vurulması zamanı parçalarının səpələnməsi nəticəsində ölən və maddi ziyan olmayıb.
Rusiyanın Prezident iqamətgahına hücum planlaşdırılan terror aktı kimi qiymətləndirilib.
Son məlumata görə, Vladimir Putinin iş qrafiki dəyişməyib, həmişəki kimi davam edir.
Oxşar xəbərlər
Estoniya Rusiya ilə sərhəddə PUA monitorinq sistemi və 15 radar yerləşdirəcək
Estoniya Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarının (PUA) monitorinqi sistemini quracaq və İda-Virumaa mahalında 15 radar yerləşdirəcək. BAKU.WS “report”a...