Putinin dostuna 24 saat verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya prezidenti Vladimir Putinin dostu, onun siyasətini dəstəkləyən məşhur dirijor Valeriy Qerqiyev uzun illərdir çalışdığı Almaniyanın Münhen Filarmoniyasındakı işindən uzaqlaşdırıla bilər.
BAKU.WS xəbər verir ki, V.Qerqiyev Putinin Ukraynaya hücumunu qınamazsa, işindən qovulacaq. Buna görə məşhur dirijora 24 saat vaxt verilib.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra onun bir neçə konserti təxirə salınıb. Növbəti sutka ərzində isə Putinin Ukraynaya qarşı işğalçı siyasətini pisləməsə, onun üçün hər şeyin daha ağır olacağı bildirilib.
Qalereya
Oxşar xəbərlər
Ukraynanın danışıqlarda İLKİN ŞƏRTİ bu olub - VİDEO - YENİLƏNİB-4
Ukrayna nümayəndə heyəti Rusiya qoşunlarının bütün Ukraynadan, o cümlədən Krımdan və Donbassdan çıxarılmasını tələb edir. BAKU.WS xəbər verir ki, bunu Ukrayna p...