Putinin Bakı, İlham Əliyevin Daşkənd səfəri - Bizdən nə danışırlar? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri etməsi dünyanın bütün aparıcı xəbər resurslarının əsas mövzusuna çevrilib.
Rusiyanın "Vedomosti" nəşri "Azərbaycan və Rusiya liderləri Bakıda nə barədə razılığa gəliblər?" sərlövhəli məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Rusiya və Azərbaycan avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı 3 saziş və 3 memorandum imzalayıb. Həmçinin, birgə bəyanat qəbul ediblər.
"TRT Rusca" nəşri "Azərbaycan və Özbəkistan müttəfiq oldular" başlıqlı məqalədə Azərbaycan və Özbəkistanın ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıran müttəfiqlik münasibətləri haqqında saziş imzaladıqlarını oxucuların diqqətinə çatdırıb.
Qeyd olunub ki, bu addım Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə danışıqlar apararkən atılıb. Rusiyanın "SNG Today" nəşri "Azərbaycan beynəlxalq tərəfdaşlarla müqavilələr bağlayır" başlıqlı məqalə dərc edib.
Mənbə Rusiya Prezidentinin ölkəmizə səfəri, dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi mətbuat konfransı barədə yazıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Resp...