Putin və Nehammer arasındakı görüşdə mübahisə yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüş təəssüratlarından danışıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Kurier” yazıb.
Nehammerin sözlərinə görə, bu, dostluq səfəri olmayıb, o, Putinin gözünün içinə baxmaq və Buçada gördüklərini danışmaq istəyib.
"Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir", - o deyib.
Avstriya kansleri əmindir ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.
Kansler qeyd edib ki, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Rusiya Prezidenti Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.
Qeyd edək ki, aprelin 11-də Moskvada baş tutan görüş 1,5 saat davam edib.
Oxşar xəbərlər
Putinlə Avstriya kansleri arasında 75 dəqiqə davam edən görüş başa çatdı
Rusiyanın paytaxtı Moskvada Vladimir Putinlə Avstriya kansleri Karl Nehammer arasında baş tutan danışqlar başa çatıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki...