Putin: "Ukraynadakı münaqişənin tez bitməsi üçün hər şeyi edəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsi üçün hər şeyi edəcək, lakin Kiyev danışıqlardan imtina edir.
BAKU.WS APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə deyib.
"Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi, daim ifadə etdiyiniz narahatlığınızı bilirəm. Bütün bunların mümkün qədər tez bitməsi üçün hər şeyi edəcəyik", Rusiya Prezidenti vurğulayıb.
Bununla yanaşı, Putin Ukrayna rəhbərliyinin danışıqlar prosesindən imtina etdiyini bəyan etməsindən təəssüfləndiyini söyləyib. O qeyd edib ki, Ukrayna hərbi yolla öz məqsədlərinə çatmaq istəyir.
Oxşar xəbərlər
Boris Conson baş nazir kimi ilk dəfə bu ölkəyə səfər edəcək
Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə baş nazirin...